Öz üzərində qələbə

İmperializm əsarət altına saldığı, ya da dolayı yolla istismar etdiyi xalqların dirçəlməsini, onların siyasi, iqtisadi və mədəni yöndən gəlişməsini əngəlləməyə çalışar. Biz son iki yüz on dörd ildə yaşadıqlarımızdan buna yaxşı bələdik. Bəs biz bu müddətdə nə yaşamışıq? Və ya nələri yaşamaqdan məhrum buraxılmışıq? Bu,
tarixçilər, sosioloqlar və digər elm sahələri ilə məşğul olan alimlərin araşdırmalı olduqları hadisədir, ancaq mən bu əsərdə üç məsələyə bacardığım qədər bədii şəkildə toxunmağa çalışdım:
1. Milli şüurumuzun məhv edilərək millətləşmə prosesimizin ləngidilməsi;
2. Hərb sənətindən uzaqlaşdırılaraq genlərimizdən gələn döyüşkənlik ruhumuzun sarsıdılması;
3. Rüşvət və korrupsiya çirkabına bataraq daim bir-birinin ayağının altını qazan, nəinki qonşularıından, hətta qohumlarından belə çuğulluq etməyə çəkinməyən toplum yaradılması…

KİTABI OXU