I
Ermənilər Xocalı soyqırımını aylar öncəsindən planlaşdırmış, hər cür hazırlıq görmüşdülər. Onlar ətraf yaşayış məntəqələrini və yüksəklikləri xeyli əvvəl işğal etdikləri üçün Xocalı mühasirəyə düşmüşdü. Yanvardan sonra Bakı ilə hava əlaqəsi də kəsilmişdi. İstənilən halda təklənərək düşmənlərin əhatəsində qalmış Xocalıya yardım etmək lazım idi. Ancaq bu yardım nə zəifləmiş, heç yerdə sözü keçməyən mərkəzi hökumətdən, nə də beynəlxalq təşkilatlardan gəlmirdi ki, gəlmirdi…
Erməni elitası işğalın hərbi-siyasi bazasını hazırlayarkən Qriqoryan kilsəsi də öz növbəsində xristian döyüşçülərini mənəvi-psixoloji cəhətdən soyqırımına hazırlayırdı. Bunun üçün onların dini duyğularını istismar edərək işləyəcəkləri insanlıq cinayətlərinə bəraət qazandırmağa çalışırdılar. Ona görə də işğal və soyqırımı hərəkatı “xaç naminə yürüş” adlandırılmışdı…
Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Şəhər saatlarla ağır artilleriyadan atəşə tutuldu. Əvvəlcə müdafiəçilərin dayaq məntəqələri, postlar, kazarmalar vuruldu. Ardınca isə düşmən topları hədəf ayırmadan hara gəldi atəş açmağa başladı. İstifadə etdiklərii xüsusi artilleriya mərmiləri şəhəri alova bürünmüşdü. Hər tərəfdən yüksələn alov sütunları günahsız insanların fəryadına qarışaraq göyə yüksəlirdi.
Gecə yarısınadək davam edən ağır döyüşlərdən sonra Hava limanını ələ keçirərək şəhərə girən erməni-rus hərbi birləşmələri qadın, yaşlı, uşaq ayırmadan önlərinə çıxanı öldürməyə başladılar. Onlar evləri, bütün tikililəri xüsusi sursatlardan istifadə etməklə yandırır, zirehli texnikanın köməyi ilə uçurub-dağıdırdılar. Canlarını götürüb qaçmağa çalışan ayaqyalın, başıaçıq sakinlər bir an öncə yeganə çıxış yoluna – Xocalı çayına çatmağa can atır, çayı keçərək Kəkik meşələrindən, Pirəməki dağının ətəklərindən keçib Ağdam rayonunun Şelli kəndinə yetişməyə çalışırdılar. Arxalarınca dolu kimi güllə yağdıran cəlladların əlindən qurtulmağa çalışan əhali dizə qədər çıxan qara bata-bata birtəhər gəlib çayın sahilinə çatdı. Suya girmədən öncə dayanıb nəfəsini dərmək, arxadan gələn qohum-qardaşlarının yetişməsini gözləmək istəyənlərin çoxundan bir daha xəbər alınmadı… Onlar ya donaraq elə oturduqları yerdəcə əbədi yuxuya daldılar, ya da vandallar tərəfindən əsir götürüldülər… Digərləri özlərini çayın buz kimi soyuq sularına vuraraq keçməyə başladılar. Qadınlar körpələrini kürəklərinə şəlləyib, uşaqları qucaqlarına alaraq, kişilər yaralıları, əldən düşmüş ahılları qucaqlayıb çayı keçirdilər. Onların ayaqqabılarına su dolmuş, paltarları bellərinədək islanmışdı. Çoxları buz tutmuş, sürüşkən daşlara ilişərək yıxılır, daşıdıqları uşaqlarla birlikdə çayın dondurucu sularında islanırdılar. Xocalı çayını sağ-salamat keçə bilənlər dayanıb nəfəslərini dərmədən Kəkik meşələrindən keçməklə Ağdamın yolunu tutdular. Bir-birindən ayrılmadan, birlikdə hərəkət etməyə çalışsalar da, sıx və qaranlıq meşədə bir-birilərini itirir, əraziyə yaxşı bələd olmayanlar yollarını azırdılar. Xocalı sakinləri əvvəlcədən hazırlanmış pusqu yerinə çatanda anidən iki tərəfdən çarpaz atəş altında qaldılar. Buraya gələnədək artıq yorulub əldən düşmüş insanlar son güclərini toplayıb xilas olmağa çalışırdılar. Ancaq hara qaçsalar, hansı səmtə yönəlsələr də, üzərlərinə yaylım atəşi açılır, zombilər dinc əhalini qəddarcasına öldürürdülər. Bir tərəfdən də, düşmən güllələrindən qaçıb qurtulmaq istəyən insanların yan-yörələrində partlayan rəngarəng tüstülü mərmilər onların nəfəslərini kəsir, od tutub yanan ciyərləri partlayırdı. Atalarının yanındakı, analarının qucaqlarındakı körpələrin tüstüdən nəfəsləri kəsilir, ağızlarından qan gələrək valideynlərinin çarəsizcə kömək istəyən bağırtıları arasında can verirdilər.
Ermənilər kimyəvi silahların izini itirməkdən yana qurbanlarının cəsədlərini yandırmaq üçün 24 nəfərlik iki qrup yaratmışdı. Bu qrupların üzvləri cəsədlərin bir qismini üst-üstə qalaqlayaraq benzin töküb yandırır, ətrafa səpələnmiş digər uşaq meyitlərinin burun, qulaq və başqa orqanlarını kəsir, baş dərilərini soyurdular. Vertalyotdan atılan raketlərin başlıqlarında Xankəndidəki 504 saylı kimya taborundan və Ural dağlarındakı kimyəvi silah zavodlarından gətirilmiş kimyəvi silahlardan istifadə olunmuşdu. Bu kimyəvi silahlar xüsusi olaraq hazırlandığı üçün yalnız 12-13 yaşınadək uşaqlara təsir edirdi. Partlayış zamanı ətrafa yayılan qazla tənəffüs edən uşaqların yuxarı tənəffüs yollarında spazmalar baş verir, onlar ağ ciyərlərinin partlaması nəticəsində dəhşətli işgəncələrlə həlak olurdular…
II
Pərakəndə halda birbaşa çaydan keçərək qaçıb-qurtulmağa çalışanların əksəriyyəti Ağdama yetişmədən ermənilər yaşayan, ya da işğal olunmuş kəndlərin yaxınlığından keçərkən yaraqlılar tərəfindən öldürüldü, bir qismi isə əsir alındı. Paltarları islanan, ayaqları su içində olan əsirlərin də əksəriyyəti ermənilər tərəfindən güllələndi, asıldı, elektrik cərəyanı verildi, döyülərək, üzərlərindən avtomobillə keçilərək öldürüldü. Sağ qayıdanların çoxunun donvurmadan ayaqlarının hər ikisi kəsildiyindən ömürlük şikəst qaldı.
Əsirləri Əsgəranda toplayır, işgəncə və təhqirlərdən sonra qruplara bölürdülər. Erməni vandallığı burada da özünü göstərirdi. Onlar daha çox iztirab çəksinlər deyə qruplara bölünərkən ailələr bir-birindən ayrılırdı. Müqavimət göstərən əsirlərin dərhal başı kəsilirdi. Xüsusi alətlə beyni çıxarılmış, üz dərisi soyulmuş başları Əsgəran qalasının yaxınlığındakı körpüyə gətirib burada vurulmuş payalara keçirdirdilər…
Xankəndidəki həbsxanaya göndərilənlər ev-eşiklərini talayıb aparan avtomobil karvanları ilə qarşılaşdılar.Əətraf yaşayış məntəqələrindən gələn ermənilər evlərin girişinə adlarını yazır, sonra da içəri girərək əllərinə keçən hər şeyi talayıb aparırdılar…
Əsirlər avtomobillərin yük yerində bir-birinə qısılaraq laqeyd gözlərlə mal-mülklərini daşıyıb aparanları izləyirdilər. Artıq kimsə nə evini, nə də malını düşünmürdü. Hər kəs öncə balasını, sonra da canını və namusunu bu barbarların əlindən necə qurtaracağını düşünürdü.
Göylə yer qovuşmuş, Xocalıya ağlayan Tanrının gözlərinə ağ pərdə enmişdi.
III
Dan yeri sökülərkən yaxınlaşmaqda olan avtomobilin işıqları pəncərədən içəriyə düşərək yarıqaranlıq otağın divarlarını aydınlatdı. Zori gələnləri qarşılamaq üçün ayağa qalxaraq iti addımlarla həyətə çıxıb darvazaya tərəf adımladı. Öncə Seyranla qucaqlaşaraq təbrik etdi:
- Əhsən sizə, gözəl iş bacardınız, – dedi. Seyran onun qoluna girib evə tərəf irəliləyərkən:
- Orada olacaqdın, Zori,– dedi. Türklərdən birini də qoymadıq qaçsın. Hamısını gəbərtmişik. Sonra da əlindəkini ona uzadaraq, bu da sənin payın, – dedi.
Zori Seyrandan aldığı paketi aça-aça maraqla:
- Nədir? – deyə soruşdu.
Seyran irişərək:
- Ala biləcəyin ən gözəl hədiyyə, türk uşağının başının dərisi.
Zori paketdəkini çıxarıb baxdı, gülümsünərək: – Afərin sizə, – deyib soruşdu:
- Heç əsir almadınızmı?
Seyran yexəxana bir tövrlə:
- Yüzlərlə, – deyə cavabladı.
- Bəs haradadırlar?
- Bir azdan Xaçaturgil gətirəcəklər, – dedi. Cibindən çıxardığı qutudan bir siqaret götürərək damağına qoyub yandırdı.
Birlikdə evə keçdilər. Zori masanın yuxarı tərəfindəki kresloya keçib əyləşdi, ona da yer göstərərək:
- Əməliyyatı başdan anlat, görüm necə keçdi, – dedi.
Seyran əlindəki “Kazbek”dən dərin bir qullab vurub tüstüsünü tavana doğru üfürərək:
- Zaviqarov, Telavidən gələn helikopterlər və ASALA-nın yardımları sayəsində hər şey istədiyimizdən də uğurlu alındı. Biz türklərə onlarla zarafat etmədiyimizi göstərdik. Onların Xocalıdan Kəkik meşələrinə, Pirəməkiyəqədərki yolda elə bir dərs vermişik ki, yüz illər boyu bir daha yadlarından çıxmayacaq. Bundan sonra hay kəlməsini hər duyduqda gözləri bərələ qalacaq, hamilə qadınları qorxudan uşaq salacaq, – deyib dəli bir qəhqəhə çəkdi.
Zori oturduğu yerdə razılıqla qurcuxub yerini rahatladı, irişərək:
- Əla, əla, – deyə bir neçə dəfə təkrar etdi…
Qapı açıldı, Zaviqarov içəri daxil oldu. İçkinin təsirindən və şaxtadan yanaqları allanmışdı. Dəhlizdə ayaq saxlayıb gödəkcəsini və papağını yavərinə verdi. Zorinin otağına daxil olarkən Seyranla qarşılaşdı:
- Balayan buradadırmı?
Seyran qapını sona qədər açıb ona yol verərək:
- Bəli, komandir, – deyə cavabladı.
Otağa girib kreslosundan qalxaraq onu qarşılamaq üçün gələn Zori ilə qucaqlaşdı. Zori:
- Təşəkkürlər, Yevgeni, təşəkkürlər, – deyərək onu bağrına basaraq əyləşməsi üçün yer göstərdi, – erməni xalqı sizin etdiklərinizi heç zaman unutmayacaq, dünya durduqca sizə minnətdar olacaqdır.
Zaviqarov əyləşdi, xidmətçinin önünə qoyduğu buğlanan çaydan bir qurtum alaraq:
- Əziz dostum, mənə təşəkkür etməyinizə heç bir ehtiyac yoxdur. Qafqaz Hərbi Dairəsinin komandanlığının mıənə verdiyi əmr və təlimatlara əsasən öz vəzifəmi yerinə yetirmişəm.
- Yox, yox, Yevgeni, xahiş edirəm bu qədər təvazakör olmayın. Sizin xidmətləriniz danılmazdır. Xüsusən kimyəvi başlıqlı raketlərlə silahlanmış helikopterlərin gətirilməsi və sair tədbirlərin işlənib hazırlanmasındakı fədakar əməyinizi biz heç vaxt unutmayacağıq.
Yevgeni boş stəkanı geri itələyərək yerini rahatladı, getmək istəyən Seyrana icazə verib:
- Ermənilər olaraq sizin minnətdar olacağınız tək bir yer var, o da sizi dünyanın dörd bir yanından toplayıb gətirərək bu cənnət vətəni sizlərə hədiyyə edən Rusiya dövləti və böyük rus xalqıdır, – deyə xatırlatdı.
Zori Yevgeni Zaviqarovun son sözlərində qoyduğu minnətdən xoşlanmadı. Narazılığını büruzə verməmək üçün üzünə xoş bir ifadə verməyə çalışaraq mövzunu dəyişdi:
- Səhər yeməyi gətirsinlərmi?
- Yox, istəmirəm. Bura gəlməkdə məqsədim sizə əməliyyatın əsas fazasının başa çatdığını bildirməkdir, – deyib ayağa qalxdı. Mən qərargaha qayıdıram, – deyərək dönüb qapıya doğru irəlilədi.
IV
Zori qalxaraq gödəkcəsini geyindi, yanındakılarla bərabər əsir qızların saxlandığı evə yollandı. O, burada təcrübə keçəcək, türk uşaqlarının işgəncə və dözülməz ağrılara rəğmən həyatda qalma müddətini ölçəcəkdi.
Qızlar qorxu içində qonşu otaqdan bir-birinə qarışıb gələn qəhqəhələri, ermənicə-rusca danışıqları, söyüşləri dinləyirdilər. Hər gülüş səsi, hər bağırtı onları bir az daha qorxudur, səslərini çıxarmağa çəkinərək analarına qısılıb için-için ağlayırdılar. Qızlardan birinin anası yanında yox idi. Amma qadınlar onu da yanlarına çəkib balaları kimi qanadlarının altına almış, dünənə qədər qonşu, kirvə dedikləri, qohum olduqları, hər qapılarını döydüklərində süfrələrinin başına keçirdikləri bu barbarlardan qorumaq istəyirdilər. Qadınlar arabir gizlincə pəncərədən çölə boylanır, həyətdə gəzişən, zarafatlaşan, deyib-gülən zombiləri gördükcə qızlarının taleyi üçün daha da qorxur, ürəkləri partlamağa gəlirdi. Nə aclıq yadlarına düşürdü, nə susuzluq. Dayanıb dincəlmədən Tanrıya, bütün bildikləri müqəddəslərə bu vəhşilərin içindən salamat qurtulmaq üçün dualar edir, nəzirlər, qurbanlar deyirdilər. Amma nə yalvardıqları gözəgörünməzlər yetişib onları xilas edir, nə də ocaqların, pirlərin bir faydası toxunurdu…
Zori gəldikdə Xaçatur onu həyətdə qarşılayaraq otağadək müşayiət etdi. Gurhagur yanan sobanın yanında yer göstərərək:
- Buyurun əyləşin, yoldaş akademik, – deyib boş qədəhlərdən birinə şərab süzərək havaya qaldırdı, işığa tutaraq, – türk qanıdır, türk qanı, – deyərək ona uzatdı.
Zori Xaçaturdan aldığı qədəhi birdəfəyə başına çəkib masanın üstünə qoydu. Əlinin arxası ilə ağzını silərək:
- Hər şey hazırdırmı? – deyə soruşdu.
- Bəli, hər şey istədiyiniz kimi hazırlanıb. Sadəcə, uşaqların sayını artıq eləmişik ki, qorxudan ürəyi partlayıb ölən olsa, təcrübəniz yarımçıq qalmasın.
Zorinin gözlərindən qaynayıb tökülən heyvani ehtiras yanaqlarından süzülüb dodaqlarında birləşərək vəhşi bir qəhqəhəyə döndü…
- Gedək, – deyib ayağa qalxdı…
Bayaqdan üzlərinə bağlı olan qapı açıldı. İki zombi içəri daxil olaraq qızlardan birinin saçından yapışaraq çəkib yıxdı. Qadınların fəryadlarına, qızların ağlaşmalarına fikir vermədən onu sürüyüb apardılar. Qızcığaz pəncərənin önünə gətiriləndə əllərinə doladıqları saçlarını buraxıb, ayağa qalxması üçün təpiklədilər. O, önündə əlində qəssab bıçağı ilə dayanmış ermənini görəndə var səsi ilə bağırıb anasını köməyə çağırmaq, ya da dəhşətli təhlükəni qorxudub özündən uzaqlaşdırmaq istədi. Səsi çıxmadı, sona qədər açılmış çənəsi və bərəlib hədəqədən çıxmış gözləri ilə donub qaldı. Zorinin işarəsi ilə zombilər qızı qaldırıb pəncərəyə söykədilər. Boynuna saldıqları ilgəyi çəkib tağların birləşdiyi yerdən bağladılar. Qızcığazı biləklərindən mismarlayanda ağrıların dözülməzliyindən özündən getdi, boynu çiyninə düşdü. Onun çəkdiyi işgəncələrdən həzz alan zombilərdən biri ayaqlarını üst-üstə qoydu, digəri isə iri bir mismarla hər ikisini eyni anda taxtaya mismarladı… Bir zamanlar yəhudilərin İsanı çarmıxa çəkdiyi kimi, onlar da günahsız qızcığazı çarmıxa çəkir, öz dünyalarında insanlıqdan qisas alırdılar… Barbarların, vandalların, vəhşilərin qisasını…
Zori yanındakı Xaçatura dönərək pəncərəyə mıxlanan qızı işarə edib:
–- İndi bunun dərisini soyacam. Mən deyirəm, ən çox beş dəqiqə sonra öləcək, bəs sən nə deyirsən? – deyə soruşdu.
Xaçatur əlindəki “Kazbek”dən dərin bir qullab alıb pəncərədəki qızın qan süzülən biləklərini, topuqlarını, paltarlarını kəsib çıxardan zombiləri süzdü. Fikrində nəyisə ölçüb-biçirmiş kimi qaşlarını çatıb bir anlıq susdu. Zori səbirsizliklə:
– Hə, Xaçatur, nə deyirsən?
– Başından soymağa başlasan sən deyəndi, ayaqdan başlasan, ən az altı-yeddi dəqiqə çəkər.
– Yaxşı, nədən mərc gəlirik? – deyib əlini Xaçatura uzatdı.
– Bir şüşə konyakdan.
Zombilər işlərini bitirib kənara çəkiləndə Zori pəncərəyə yaxınlaşdı. Qızı şillələyib ayıltdı. Dəhşətdən, qorxudan və işgəncədən bərəlib hədəqəsindən çıxmış gözlərinə, səyriyərək şəkildən-şəkilə düşən sifətinə baxıb gülümsədi. Çəkdiyi əzablardan dartılıb-gərilən bədənini heyvani ehtirasla oxşayaraq sol əli ilə çənəsindən tutub başını pəncərənin taxtasına sıxdı. Sağ əlindəki qəssab bıçağı ilə qızın alnının dərisini xaç şəklində kəsdi. Xətlərin kəsişmə nöqtəsini bıçağın ucu ilə qaldırdı. Dərinin sümükdən ayrılan yerindən tutub soymağa başladı.
O, qızın başının dərisini soyarkən üst-başına, üz-gözünə sıçrayan qandan vəcdə gəlir, vampir kimi burnundan, sifətindən süzülən qan damlalarını yalayır, aldığı həzdən məst olur, qəhqəhə ilə gülürdü.
Xaçatur onun qoluna toxunaraq:
– Kəs bu qancığın səsini! Başımız-beynimiz getdi.
Qızın qarnının dərisini soymağa başlayan Zori işindən ayrılmadan:
– Əmzik istəyir, gətirin anasının döşünü kəsin, soxun xirtdəyinə! – deyib öz-özünə, –bütün türkləri səs telləri iflic olana qədər bağırtsam da, ürəyim soyumaz, –deyə donquldandı.
Zombilər Xaçaturun göstərişi ilə tələm-tələsik əsirlərin saxlandığı otağa daxil olub:
– O ulayan küçüyün anası hansınızsınız? – deyə qadınlardan soruşdular. 34-35 yaşlarında, hündürboy, ağbəniz gəlin önə çıxıb titrək səslə:
– Mənəm, – dedi. O, yan otaqdan gələn bağırtıları, qəhqəhələri eşitsə də, erməni dilində bilmədiyindən qızının başına nələr gətirildiyindən xəbərsiz, nigarançılıq içində qıvrılırdı. Nə boylanıb baxdığı dəmir barmaqlıqlı pəncərədən bir şey görə bilir, nə də yumruqları ilə döyəclədiyi qapı açılırdı ki, qızının taleyi ilə bağlı bir şey öyrənə bilsin. Digər qadın və qalan üç qızcığazla bir-birilərinə sarılıb çarəsizcə fəryad edir, göz yaşı tökürdülər… Bu vaxt qapıda görünən zombi Azərbaycan dilində uşağın anasını soruşanda, balasına qovuşmaq ümidilə tələsik irəli atıldı. Zombilərin hərəsi onun bir qolundan tutaraq:
– Gəl, küçüyünün səsini kəs! – deyərək sürüyüb çölə çıxartdı. İşgəncə otağına aparılan qadın pəncərə tağındakı qanlar içində, dərisinin yarısı soyulmuş qızını gördü. İrəli atılıb onu cəlladın əlindən xilas etmək istədi. Başına aldığı dəyənək zərbəsindən dizləri qatlandı, yerə yıxıldı. Xaçatur gördüyü mənzərənin dəhşətindən ürəyi gedən qadına yaxınlaşaraq onun paltarının yaxasını parçaladı. Sol döşünü tutub çəkdi, əlindəki bıçaqla dibindən kəsib qızının ağzına soxdu:
– Al əmziyini, küçük, ulayıb başımızı aparma! – deyə bağırdı.
İşgəncə otağındakı zombilərdən biri cəld qonşu otağa keçdi. Bir dəqiqə sonra geri dönüb yerdə qan içində qıvrılan qadını təpikləyərək:
– Sakit dur, qancıq, – deyə bağırıb gətirdiyi qutunun içindəki duzu onun kəsik döşünə tökərək qəhqəhə çəkdi…
Zori artıq qızın ayaqlarının dərisini soymağa başlamışdı. İşini bitirib geri çəkiləndə qolundakı saata baxıb:
– Beş dəqiqə tamam oldu, hələ ölməyib, mən qazandım, – deyə Xaçatura göz vurdu. Yanındakılara dönərək, – ikincini gətirin! – deyə bağırdı. Növbəti qız sürüklənərək gətiriləndə yerdə can çəkişən ananı gördü. Bağırmaq istədi. Səsi çıxmadı… Zori yaxınlaşaraq qanlı əlləri ilə qızcığazın ağappaq olmuş üzünü oxşayıb çənəsindən tutdu, başını qaldırıb pəncərədəki dərisi soyulmuş qızı göstərərək:
– Onu tanıyırsanmı? – deyə soruşdu. Qızcığaz qorxudan şaxta vurmuş çiçək kimi zağ-zağ əsirdi. Hədəqədən çıxmış gözləri ilə gah pəncərədəki qıza, gah da onun yerdə yatan anasına baxırdı.
Qulaqları uğuldadı, burnundan qan açıldı. Zori bir addım geri çəkilərək:
– Qancıq qorxudan gəbərəcək, – deyib saata baxdı. Yeddi dəqiqə sonra pəncərədəki qızcığaz canını tapşırdı. Zori onu parçalayaraq pəncərə çərçivəsindən ayırıb zombilərə verərək:
–Aparın bunu atın köpəklərə, – deyərək, – “sledyuşiy, sledyuşiy, – deyə bağırmağa başladı. Daha sonra onun işarəsi ilə “sırasını gözləyən” uşağı qaldırıb pəncərəyə mıxladılar… Və ardınca “gözləmə” otağında qalan üçüncü, dördüncü uşağı da gətirib eyni qaydada soydular…
Zori Balayan dördüncü qızı parçalayıb pəncərədən ayıranda xeyli yorulmuşdu. O, bıçağının tiyəsini şalvarına sildi, qatlayıb cibinə qoydu. Yanındakı zombinin uzatdığı dəsmalı alaraq üz-gözünün, əllərinin qanını sildi. Dəsmalı geri verərkən:
– Bunu atmayın, ruhumuzun canlandığı gündən xatirə saxlayarsınız, – dedi. Yerdə can çəkişən, döşləri kəsilmiş qadınların yanından keçərkən, – bunları da atın donuzlara. Qoy donuzumuz türkləri yesin, biz də donuzlarımızı, – deyib qəhqəhə çəkdi.
V
Bütün gecəni qarşılarına çıxan hər kəsi öldürüb, səhərdən axşamadək girov götürdükləri insanlara işgəncələr verən, əsirləri diri-diri doğrayan, yandıran, zorlayan qatillər qaş qaralanda eyş-işrət məclisinə toplaşdılar…
Balayan, Sərkisyan, Köçəryan, Ohanyan, Zaviqarov və digərləri qəhrəmanlıqlarından bəhs edir, hansının daha amansız olduğu barədə gah bir-birilərini öyür, gah da özlərini tərifləyib göylərə qaldırırdılar… Zaviqarov bir əmrlə onlarla körpənin ciyərlərini necə partlatdığından, Zori dərisini soyduğu qızlardan, Xaçatur döşlərini kəsdiyi qadınlardan, Sərkisyan avtomobillə üzərlərindən keçdiyi uşaqlardan, Köçəryan diri-diri yandırdığı kişilərdən bəhs edir, Ohanyan cəsədlərdən düzəltdiyi körpüdən danışırdı… Hamısı da gülərək, əylənərək, biri digərinə aman vermədən…
Onlar heç biri insan deyildilər, heç heyvan da deyildilər. Hər biri ruhsuz, qəlbsiz bir məxluq, sadəcə olaraq, erməni idi…
Məclis bitəndə canilərin mükafatlandırılmasına başlandı. Zaviqarov və 3-cü batalyon komandiri, həyat yoldaşı milliyyətcə erməni olan Nabokix Yevgeni Aleksandroviç hərəyə 500 min dollar aldılar. Talandan əldə edilən külli miqdardakı pul və qızıl-zinət əşyaları isə digərlərinin arasında bölüşdürüldü.
Ayın 28-dək qarlı əraziyə uyğun ağ paltar geyinən düşmən əsgərləri qruplara bölünərək Xocalıda və qaçış yolu üzərindəki meşələrdə gizlənib qala biləcək insanları axtarırdılar. Onlar “bir nəfərdə bir nəfərdir”, – deyərək daha çox insan öldürməyə çalışarkən terrorçuların digər qrupları Xocalıdan Pirəməkiyədək səpələnmiş yüzlərcə cənazəni kəsib-doğrayır, avtomobillərlə üzərindən keçir, cansız bədənlərə cəza verərək eqolarını məmnun etməyə çalışırdılar…
Sülhməramlı adı altında soyqırımında iştirak edən 366-cı alay əməliyyat bitdikdən sonra silahların böyük hissəsini ermənilərə verib dislokasiya rayonuna çəkildi. ASALA üzvləri və digər terrorçular isə Ermənistan ərazisindən İrana, ordan da üçüncü ölkələrə getdilər.