Fədailər
Ali Baş Komandanımızın müdrik və qətiyyətli strategiyası, böyük diqqəti və gərgin zəhməti sayəsində ən müasir səviyyəyə yüksəldilmiş Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində uzun illər işğal altında inləyən yurd torpaqlarımızı düşmən işğalından azad etdi. Bu böyük Zəfərin əsas ağırlıq mərkəzi general Hikmət Mirzəyevin məğlubedilməz aslanlarının – Xüsusi Təyinatlı Qüvvələrinin zabit və əsgər heyətinin üzərinə düşdü. Özü də sabiq xüsisi təyinatlı zabit olan qazi-yazar, Azərbaycanın Pavel Korçagini, 1-ci qrup hərbi əlil Zaur Bayramoğlunun “Fədailər” trilogiyası bu tarixi Zəfərin real qəhrəmanlarının, döyüşlərin birbaşa iştirakçısı olmuş qəhrəmanların yurd torpaqlarının azad olunması zamanı göstərdikləri misilsiz şücaətlərdən bəhs edir. Trilogiyanın birinci kitabı olan “Əks-hücum” sənədlitarixi romanında bu böyük qələbənin iık addımlarının atılması zamanı Ali Baş Komandanın həm beynəlxalq siyasət arenasındakı ağır və gərgin mübarizəsi, ordumuza və bütün xalqımıza böyük mənəvi stimul və ruh yüksəkliyi bəxş edən qətiyyətli duruşu, hərbi sahədəki ordumuzun ilk böyük uğurları öz əksini tapıb.